Banner
Banner
Dr Toğrul Məhərrəmov
Dr Toğrul Məhərrəmov
Cərrah
17 il iş təcrübəsi

Haqqında

Ümumi cərrah

İş yeri: Davinçi Hospital

Telefon:

(+99450) 388 38 83

Həkim haqqında

1984-cü ildə Sumqayıt şəhərində ziyalı ailəsində doğulmuşdur. 2001-ci ildə orta məktəbi bitirib həmin il ATU-nin 1-ci müalicə-profilaktika fakultəsinə daxil olub və 2007-ci ildə həmin üniversiteti fərqlənmə diplomu ilə bitirib. 2007-2008-ci illərdə 2 sayli BŞKX-da internatura kursu keçib həkim-cərrah ixtisası almışdır. 2011-ci ildən Azərbaycan Tibb Universitetinin 3-cü cərrahi xəstəliklər kafedrasının müəllimidir.

Təhsil

2017-2018 – Çukurova Universitesi, Balcalı Hastanesi: ümumi cərrahiyyə (laparoskopiya) kursu. Adana şəhəri, Türkiyə

2017 – Боткинская Больница: laparoskopiya kursu.  Moskva şəhəri, Rusiya

2017 – Университетская клиника МГУ: laparoskopiya kursu. Moskva şəhəri, Rusiya

2017 – Центральная Клиническая больница гражданской авиации: laparoskopiya kursu. Moskva şəhəri, Rusiya

İcra olunan prosedurlar

İcra olunan cərrahi əməliyyatlar:

Qaraciyərin yeni törəmələri (bəd xassəli şişlər, kistalar, exinokokk, abseslər və s.) zamanı edilən əməliyyatlar;

Öd kisəsi və öd yollarında açıq və laparoskopik cərrahi əməliyyatlar;

Mədəaltı vəzin tam və hissəvi çıxarılması;

Dalağın açıq və laparoskopik yolla tam çıxarılması;

Mədənin, qida borusunun tam və hissəvi çıxarılması (tikiş aparatlarının istifadəsi ilə);

Diafraqma yırtıqlarının açıq və laparoskopik təmiri;

Açıq və laparoskopik appendektomiya;

Diaqnostik laparoskopiya;

Nazik və yoğun bağırsaqlarda aparılan açıq və laparoskopik əməliyyatlar (tikiş apparatlarının istifadəsi ilə);

Yırtıqların açıq və laparoskopik üsulla təmiri;

Abdominoplastika;

Peritonarxası sahənin kistoz törəmələrinin radikal çıxarılması;

Qalxanabənzər vəzin tam və hissəvi çıxarılması;

Hemorroidektomiya;

Pararektal fistulların ləğvi;

Anal çatın cərrahi müalicəsi;

Dermoid sistin ləğvi (müxtəlif üsullarla);

Ginekoloji əməliyyatlar (uşaqlığın, subseroz miomaların, yumurtalıq sistlərinin xaric edilməsi) açıq və laparoskopik;

Sünnət əməliyyatı.

Müalicə etdiyi xəstəliklər

Qaraciyər, öd kisəsi, öd yolları və mədəaltı vəzin cərrahi xəstəlikləri;

Qida borusu, mədə, nazik bağırsaqların cərrahi xəstəlikləri;

Yoğun və düz bağırsaq xəstəlikləri;

Yogun bağırsağın qeyri-spesifik iltihabi xəstəlikləri;

Həzm sistemi orqanlarının xoş və bəd xassəli yeni törəmələri;

Peritonarxası sahə və çanaq törəmələri;

Anal bölgənin xəstəlikləri;

Yırtıqlar;

Qalxanabənzər vəzin xəstəlikləri;

Dermoid sist (pilonidal sist və ya qıl dönməsi);

Diabetik ayaq;

Müxtəlif mənşəli peritonitlər;

Ginekoloji cərrahi xəstəliklər;

Rəy bildir

Reyting əlavə et:
Banner