Banner
Banner

Allergiyalar

Uşaqlarda allergiya - NƏ ETMƏLİ?

Uşaqlarda allergiya - NƏ ETMƏLİ?
11:51 24 Aprel 2021

Uşaqlarda allergiya bəzi qidalara və ya vəziyyətlərə şiddətli allergik reaksiya göstərə bilməsi vəziyyəti hətta həyatı təhdid edən bir səviyyəyə çata bilər. Məsələn, fıstığa qarşı allergiyası olan bir uşaq bunu yediyi zaman və ya içində fıstıq olan bir qidanı yediyi zaman şiddətli bir reaksiya göstərə bilər.

Tibb.fed.az bildirir ki, uşağı allergik reaksiyalar yaradan qidalardan uzaq tutmaq lazımdır. Əgər uşaqda tənəffüs çətinliyi, solğun görünüş və hava almağa çalışma kimi əlamətlər varsa, olduqca ciddi bir vəziyyətdir. Bu vəziyyətdə edilə biləcək ən yaxşı şey sürətli hərəkət etməkdir. Çünki, bu qidanı qəbul etdikdən sonra həyatı təhdid edən allergik reaksiya bir neçə dəqiqə içində görülə bilər. Bu vəziyyətdə sürətli hərəkət etməklə yanaşı şiddətli allergik reaksiya (anaflaksiya) və yüngül dərəcədəki allergik reaksiya arasındakı fərqi də bilmək faydalıdır.

Uşaqlarda allergiya formaları

Normal allergik reaksiya ilə şiddətli allergik reaksiya arasındakı fərqlər.

Normal allergik reaksiya əlamətləri:

-Gözlərdə sulanma,

-burun axıntısı,

-asqırma,

-burun tutulması

Bu əlamətlər uşaqlarda yüngül dərəcədə, yəni normal allergik reaksiyalar olaraq qəbul edilir. Məsələn, mövsümi allergik simptomlar bu qrupa girə bilər. Çünki bu göstəricilər ciddi deyildir. Lakin, uşaq əgər astma və şiddətli allergik reaksiyaya sahibdirsə, bu normal reaksiya əlamətlərini də ehtiyatda saxlayır.

Uşaqlarda şiddətli allergik reaksiya əlamətləri (anaflaksiya): Uşaqlarda şiddətli allergik reaksiyaların yarısından çoxu qida allergiyalarına qaynaqlanır. Bu qidalar arasında yumurta, qabıqlı yemişlər və qabıqlı dəniz canlıları əhəmiyyətli yer tutar. Uşaqların 1%-i də həşərat dişləmələrinə və soxmalarına qarşı şiddətli allergik reaksiya göstərə bilər. Anaflaksiya, yəni şiddətli allergik reaksiyalar allergenə məruz qalındıqdan sonra 5-20 dəq içində özünü göstərə bilər.

Uşaqlardakı şiddətli allergik reaksiya əlamətləri.

Bu əlamətlərə qarşı diqqətli olunmalıdır:

-Çətin nəfəs alma, gurultulu nəfəs alma

-Boğaz, üz, dodaqlar və ya dildə şişmə

-ağciyərlərdə darlıq,

-xırıltı səs batıqlığı,

-tərləmə,

-dəridə solma,

-sürətli nəbz,

-aşağı qan təzyiqi,

-baş gicəllənməsi,

-huşunu itirmə,

-mədə bulanması,

-qusma,

-qarın ağrısı

Uşaqda şiddətli allergik reaksiyalar zamanı nə edilməlidir?

Əgər bir uşaqda keçmişdə şiddətli bir allergik reaksiya görülübsə, yanında hər zaman bir təcili yardım dəsti olmalıdır. Həmçinin uşağa necə təcili müdaxilə edilə biləcəyi mövzusunda məlumatlandırmalısınız.Uşağın yaşı bir az daha böyükdürsə, yalnız olduğu zamanlarda necə müdaxilə edəcəyini bilməsi və necə iynə vurulması lazım olduğunu bilməsində fayda vardır. Bu mövzunun ona öyrədilməsi lazımdır.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner